Yuxarı

Milli Məclisdə bələdiyyələrin sayının və tərkibinin azaldılması təklif edilib

Milli Məclisdə bələdiyyələrin sayının və tərkibinin azaldılması təklif edilib
Bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər

Bakı. 14 fevral. REPORT.AZ/ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bələdiyyələrin sayının və tərkibinin azaldılmasını təklif edib.

“Report”un xəbərinə görə, S.Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrlə bağlı İllik Məruzənin müzakirəsində çıxışı zamanı deyib ki, bələdiyyələrin sayı azaldılmalıdır: “Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir. Kiçik bir kənddə 5-7 nəfər üzv olur. Bu bələdiyyələri birləşdirmək lazımdır”.

Deputat qeyd edib ki, bələdiyyələrə kifayət qədər status verilib: “Bələdiyyələr verilən səlahiyyətlərlə xeyli iş görə bilərlər. İndi də gec deyil. Onlar əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və.s salmaq əvəzinə vəsaiti başqa istiqamətə xərcləyirlər. Düşünürlər ki, ola bilər, növbəti mərhələdə seçilməzlər, ona görə nə varsa, xərcləyirlər. Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir. Əfsuslar olsun ki, əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf ediblər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi