Bakı. 6 dekabr. REPORT.AZ/ Milli Məclisin növbəti plenar iclası başlayıb.
"Report"un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunur.
Bunlar "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetasıdır.
Üç gün ardıcıl keçiriləcək müzakirələr dekabrın 8-də başa çatacaq.