Milli Məclisdə 2017-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatlar təkliflərlə çıxış ediblər

Milli Məclisdə 2017-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatlar təkliflərlə çıxış ediblər Qənirə Paşayeva: "Ən ciddi məsələlərdən biri mənzil problemidir"
Daxili siyasət
6 Dekabr , 2016 16:59
Milli Məclisdə 2017-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatlar təkliflərlə çıxış ediblər

Bakı. 6 dekabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında "2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.

“Report”un xəbərinə görə, deputat Fəzail Ağamalı deyib ki, dünyada iqtisadi böhran dərinləşir. O bildirib ki, Azərbaycanın bu böhrandan çıxmağa potensialı var: “Mənə elə gəlir ki, əsas çətinliyimiz 2017-ci ildə olacaq. 2018-ci ildə isə bir çox sənayə müəssisələri işə başlayacaq, vəziyyət bir qədər yaxşılaşacaq. Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıq qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Mühüm sahələrdən biri kənd təsərrüfatı sahəsidir. Bunun üçün kənd təsəüürüfatına maliyyə dəstəyi olmalıdır. 2017-ci ildə kənd təsərrüfatına 35 milyon manat ayrılacaq. Bu, kreditləşmə üçün normal məbləğ deyil. Bilirsiniz ki, bank sistemi iflic vəziyyətdədir, sahibkara kredit vermək imkanı yoxdur”.

F.Ağamalı qeyd edib ki, Azərbaycanın dəmir yollarında 10 ildə görülməyən işlər il yarımda həyata keçirilib: “Burada xeyli işlər görülüb. Amma işləri davam etdirmək üçün maliyyə dəstəyi lazımdır. Düşünürəm, hökumət bunu nəzərə alacaq”.

Deputat vurğulayıb ki, Azərbaycanın xarici ölkələrdə olan səfirliklərindən bir neçəsi bağlanmaq təhlükəsi ilə üzləşib: “Mənzil-kommunal təsərrüfat sisteminə 302 milyon manat ayrılıb. Xarici İşlər Nazirliyi isə 220 milyon vəsait ayrılıb. Mənzil-kommunal təsərrüfat saəhəsi vacibdir, yoxsa bizim beynəlxalq fəaliyyətimizin önə çıxması? Bütün bunlar nəzərə alınmalıdır”.

Deputat Qənirə Paşayeva çıxışında bildirib ki, ən ciddi məsələlərdən biri mənzil problemidir. Onun sözlərinə görə, bu məsələ dövlətin diqqət mərkəzindədir: “İpoteka kreditlərindən yararlanmanın kateqoriyaları var. Güzəştli kateqoriyalara müəllimləri də əlavə etmək lazımdır. Onların maaş azdır, bunu etməklə onlara dəstək vermiş olarıq. Həmçinin bu sahəyə gənclərin marağını artırar”.

Q.Paşayeva sənədsiz evlərin sənədləşməsi məsələsinə də toxunub. O deyib ki, bu problemin aradan qaldırılması vacibdir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov xatırladıb ki, dövlət büdcəsinə gələn gəlirdən 49,2 faiz neftin payına düşür: “İldən-ilə qeyri-neft sektoru inkişaf etdirilir. İndi rayonlar dotasiya almadan özlərini idarə edəcəklər. Azərbaycanda kənd təsərrüfatı sahəsi inkişaf edib, məhsuldarlıq artıb. Kənd təsərrüfatının inkişafı ölkəyə əlavə valyuta gətirə bilər”.

Deputat Rafael Cəbrayılov çıxışı zamanı qeyd edib ki, Azərbaycanın neftdən asılılığının aradan qaldırılması prosesi ləng gedir: “Bunu neftin qiymətinin düşməsi də göstərdi. Yəni, uğurlarımız olsa da, bu, kifayət etmir. Azərbaycanda özəl sektorun gücündən istifadə olunmalıdır, onlara kredit ayrılmalıdır. Hələ də ölkənin bölgələrinin əksəriyyəti dövlət büdcəsindən ayrılan dotasiya hesabına dolanır”.

Digər deputatlar da layihə ilə bağlı fikirlərini bildiriblər, hökumət üzvlərinə suallar ünvanlayıblar.

Son xəbərlər

Orphus sistemi