Milli Məclis sədrinin birinci müavini deputata xəbərdarlıq edib

Milli Məclis sədrinin birinci müavini deputata xəbərdarlıq edib “Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”
Daxili siyasət
31 May , 2017 15:03
Milli Məclis sədrinin birinci müavini deputata xəbərdarlıq edib
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov / Report

Bakı. 31 may. REPORT.AZ/ Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında vitse-spiker Ziyafət Əsgərov BAXCP sədri, deputat Qüdrət Həsənquliyevə xəbərdarlıq edib.

“Report”un xəbərinə görə, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı Q.Həsənquliyev deyib ki, bəzi məhkəmələrin hakimləri hökmlərini hərraca çıxarırlar: “Cərimələrin artırılması bu sahədə məsələləri tənzimləmir. Bununla da bəzi hakimlər qanunsuzluq edəcəklər”.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov isə buna etiraz edib. O deyib ki, bu cür yanaşma doğru deyil: “Qanunsuzluq edən hakimlər vəzifəsindən kənarlaşdırılır. Bu cür iddianı səsləndirərkən məsuliyyətli olmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi