Milli Məclis "Polis haqqında" qanuna əlavə və dəyişikliklər layihəsini qəbul edib

Milli Məclis "Polis haqqında" qanuna əlavə və dəyişikliklər layihəsini qəbul edib Polis saxlanılan şəxsə hüquqlarını ona aydın olan dildə izah etməlidir
Daxili siyasət
29 Aprel , 2016 13:33
Milli Məclis Polis haqqında qanuna əlavə və dəyişikliklər layihəsini qəbul edib

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər edilir. 

"Report"un məlumatına görə, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Polis haqqında" qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.

Belə ki, maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbini, şübhənin mahiyyətini bildirməlidir. Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını ona aydın olan dildə izah etməlidir.

Dəyişikliklər layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi