Yuxarı

Milli Məclis Oqtay Əsədovla bağlı yayılan məlumatlara dair açıqlama yayıb

Milli Məclis Oqtay Əsədovla bağlı yayılan məlumatlara dair açıqlama
Milli Məclisin sədri Oqtay Əsədov

Milli Məclis spiker Oqtay Əsədovla bağlı mətbuatda yayılan məlumatları təkzib edib.  

Parlamentdən "Report"a daxil olan məlumatda deyilir:

"Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunmuşdur.

Yazıda bildirilir ki, guya parlament Sədrinin “qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub”.

Parlamentin Mətbuat Xidməti qəti şəkildə bildirir ki, Milli Məclisin Sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis Sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi