Milli Məclis Binəqədidə yanan binada həlak olanların xatirəsini yad edib

Milli Məclis Binəqədidə yanan binada həlak olanların xatirəsini yad edib Oqtay Əsədov: "Əminəm ki, belə hadisələr bir daha baş verməyəcək"
Daxili siyasət
29 May , 2015 12:19
Milli Məclis Binəqədidə yanan binada həlak olanların xatirəsini yad edib

Bakı. 29 may. REPORT.AZ/ "Binəqədidə yanan binada bərpası işləri gedir. Əminəm ki, Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi nəticəsində bu sahədə mövcud olan nöqsanlar qısa müddətdə aradan qaldırılacaq və belə hadisələr bir daha baş verməyəcək". “Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən son plenar iclasında spiker Oqtay Əsədov  deyib. 

O.Əsədov bildirib ki, dövlət başçısının tapşırığı ilə yanğın baş verən binada bütün işlər qaydasında davam edir. 

O bildirib ki, təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir: “Ailələrə, yaralılara yardımlar edilərək onlara müavinətlər verilir”.
Spiker təklif edib ki, yanğın zamanı həlak olan insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin. Deputatlar ayağa qalxaraq ölənlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. 

Son xəbərlər

Orphus sistemi