Milli Məclis Azərbaycanda yeni medal təsis olunması ilə bağlı qərar qəbul edib

Milli Məclis Azərbaycanda yeni medal təsis olunması ilə bağlı qərar qəbul edib “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı təsis olunub
Daxili siyasət
30 İyun , 2017 13:51
Milli Məclis Azərbaycanda yeni medal təsis olunması ilə bağlı qərar qəbul edib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə medal təsis olunub.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının sonuncu plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı təsis olunub.

Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görüləcəklər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi