Yuxarı

Məzahir Pənahovun maaşı 1020, müavininin maaşı 950 manat artıb - TAM SİYAHI

Məzahir Pənahovun maaşı 1020, müavininin maaşı 950 manat artıb
© Report

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi bərədə sərəncamı ilə Mərkəzi Seçki Komisisyasının (MSK) sədrinin, müavininin, MSK katiblərinin, üzvlərinin maaşı 50 faiz artıb.

“Report” xəbər verir ki, MSK sədri Məzahir Pənahovun maaşı (2 040) 1 020 manat artırılaraq 3 060, müavininin maaşı (1 895) 950 manat artırılaraq 2 845, MSK katibləri Arifə Muxtarovanın, Mikayıl Rəhimovun maaşı (1 405) 705 manat artırılaraq 2 110, üzvlərin - Fuad Cavadovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Validə Kazımovanın, Hüseyn Paşayevin İlham Məmmədovun, Nizami Nadirxanlının, Qabil Orucovun, Bəxşeyiş Əsgərovun, Tofiq Həsənovun, Almas Qəhrəmanlının, Etibar Quliyevin, İlkin Şahbazovun maaşı (1 280) 640 manat artırılaraq 1 920 manata çatdırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi