Yuxarı

Məzahir Pənahov: "Seçkini müşahidə etmək üçün 6 müraciət daxil olub"

Məzahir Pənahov: "Seçkini müşahidə etmək üçün 6 müraciət daxil olub"
Bütün müraciətlərə müsbət cavab verilib
© Report

Bakı. 17 fevral. REPORT.AZ/ "Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub". 

"Report"un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bütün müraciətlərə müsbət cavab verilib: "Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərat yaradaq. Çünki müşahidəçilərin çoxluğu seçkinin daha şəffaf keçməsi üçün əhəmiyyətlidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi