Məzahir Pənahov Moldovaya gedib

Məzahir Pənahov Moldovaya gedib Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 24-də Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.
Daxili siyasət
22 Fevral , 2019 18:12
Məzahir Pənahov Moldovaya gedib

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 24-də Moldovada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, Moldova Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, moldovalı həmkarı ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, MSK təmsilçiləri həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin dəvəti ilə sözügedən təşkilatın tərkibində də seçkilərin müşahidəsində iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi