90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə bir nəfərin namizədliyi qeydə alınıb

90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə bir nəfərin namizədliyi qeydə alınıb Bu, hakim Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur
Daxili siyasət
13 May , 2016 16:34
90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə bir nəfərin namizədliyi qeydə alınıb

Bakı. 13 may. REPORT.AZ/ İndiyədək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən bir nəfərin namizədliyi qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, bu, hakim Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovdur.

MSK sədri bildirib ki, indiyədək 12 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: “Onlardan 4 nəfəri imza vərəqələrini dairə seçki komissiyasına təqdim edib”.

Son xəbərlər

Orphus sistemi