​KXCP-nin təşkilat sədri: "Partiyanın zəifləməsində məsuliyyəti birbaşa Mirmahmud Mirəlioğlu daşıyır"

​KXCP-nin təşkilat sədri: "Partiyanın zəifləməsində məsuliyyəti birbaşa Mirmahmud Mirəlioğlu daşıyır" "Partiyanın Salyan rayon təşkilatı və "Demokratik Birlik" fraksiyası qurultayda iştirak edə bilməyəcəksə, buna adekvat cavab verəcəyik"
Daxili siyasət
30 İyun , 2015 11:05
​KXCP-nin təşkilat sədri: Partiyanın zəifləməsində məsuliyyəti birbaşa Mirmahmud Mirəlioğlu daşıyır

Bakı. 30 iyun. REPORT.AZ/ "Hazırkı vəziyyət onu göstərir ki, qurultaya qatılmayacağıq. Əgər bütövləşdirilmiş təşkilatı tam ifadə edən bir qurultay keçirilməyəcəksə, bizim buna cavabımız olacaq".

Bunu "Report"a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Salyan rayon təşkilatının sədri, partiya daxilində yaradılan "Demokratik Birlik" fraksiyasının həmtəsisçisi Ədalət Yusubov deyib.

O bildirib ki, partiyanın Salyan rayon təşkilatında Təşkilat Komitəsi yaradılsa da, hələ də qurultayla bağlı konfrans keçirilməyib: "Biz Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən uyğun təlimatların, sənədlərin göndərilməsini istəmişik.  Bizə hələ də dəcavab verilməyib. Konfrasın günü Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi ilə razılaşdırılmalıdı. Rəhbərlik konfransda iştirak üçün nümayəndə heyəti formalaşdırılmalıdı. Məsələlərdən kənarda qaldığımıza görə işləri həyata keçirə bilmirik. Bizi qurultaya dəvət etmirlər. Çox güman ki, təşkilatın konfransını partiya qurultayının keçirildiyi günə təyin edəcəyik".

Ə.Yusubov qeyd edib ki, partiyanın Salyan rayon təşkilatı və "Demokratik Birlik" fraksiyası partiya rəhbərliyindən narazı tərəf kimi qurultayda iştirak edə bilməyəcəksə, buna adekvat cavab veriləcək: "Əgər KXCP rəhbərliyi özünün apardığı məqsədyönlü siyasətlə partiyanı parçalamaq siyasəti yürüdürsə, bizim müdaxiləmiz hansı nəticəni verə bilər? Belə vəziyyətin yaranmasına təəssüf edirəm. Belə görünür ki, KXCP-nin növbəti qurultayının ölgün, zəif tədbir kimi keçirilməsinin şahidi olacağıq. Bunun məsuliyyəti birmənalı şəkildə KXCP sədri Mirmahmud Mirəlioğlunun və rəhbərliyin üzərinə düşür".

Qeyd edək ki, KXCP avqustun 1-də qurultay keçirməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi