Yuxarı

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib

Bakı. 7 aprel. REPORT.AZ/ Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. 

“Report”un məlumatına görə, əvvəlcə Komissiyanın 21 sentyabr və 11 oktyabr 2016-cı il, eləcə də 6 mart 2017-ci ildə keçirilmiş iclaslarının protokolları təsdiq olunub.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.

MSK-nın iclasında həmçinin, bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Cari məsələlərin müzakirəsi zamanı seçici siyahılarının dəqiqləşdirilməsi prosesindən danışılıb və qeyd edilib ki, yanvar ayının əvvəllərindən başlanılmış bu irimiqyaslı prosesə may ayının sonlarında yekun vurulacaq. Seçici siyahılarının dəqiqləşdirilməsi hazırda davam edir.

Komissiyanın iclasında siyasi partiyaların 2016-cı il üzrə illik maliyyə hesabatlarının MSK-ya təqdim olunması fəaliyyəti ilə bağlı vəziyyət də müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi