Bakı. 26 iyul. REPORT.AZ/ Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
"Report"un məlumatına görə, əvvəlcə Komissiyanın bu ilin iyun ayının 3 və 29-da keçirilən iclaslarının protokolları təsdiq olunub.
Sonra Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müvafiq dəyişikliklər qəbul edilib.
Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.