Mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna dəyişiklik edilib

Mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna dəyişiklik edilib Ərizəyə mənzil sahəsinin orderi əvəzinə mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam sənədi də əlavə edilə bilər
Daxili siyasət
19 Mart , 2015 14:10
Mənzil fondunun özəlləşdirilməsi haqqında qanuna dəyişiklik edilib

Bakı. 19 mart. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzil sahəsinin orderi əvəzinə mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam sənədini də əlavə edə bilər.

Son xəbərlər

Orphus sistemi