“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilir

“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilir Qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib
Daxili siyasət
16 Sentyabr , 2016 13:27
“Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik edilir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

“Report”un məlumatına görə, qanunun 12-ci maddəsinə dördüncü hissə əlavə edilib.

Əlavəyə görə, Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi