DTX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

DTX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Mədət Quliyev, xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.
Daxili siyasət
19 Yanvar , 2019 16:14
DTX-nin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Mədət Quliyev, xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.

DTX-nin İctimai əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, xidmətin kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. 

DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

Daha sonra DTX-nin akt zalında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət himni səsləndirilib

Tədbirin sonunda sənədli film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi