Yuxarı

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı və yeni tərkibi təsdiq edilib

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı və yeni tərkibi təsdiq edilib
Kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı və yeni tərkibini təsdiq edib.

“Report” xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı sənədə görə, Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi