Yuxarı

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

Maliyyə Nazirliyinin kollegiyasının tərkibi təsdiqlənib

Nazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli 300 nömrəli qərarında dəyişiklik edilib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının Maliyyə naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Azərbaycan Respublikası Maliyyə nazirinin müavini

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbərinin müavini

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət

Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi