Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən konsert proqramında iştirak edib - FOTO

Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən konsert proqramında iştirak edib - FOTO Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.
Daxili siyasət
30 Dekabr , 2019 01:44
Leyla Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən konsert proqramında iştirak edib - FOTO

Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunub.

"Report"un məlumatına görə, konserti izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Gecədə Azərbaycanın Xalq artisti, tanınmış pianoçu Murad Hüseynov Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Tanınmış bəstəkarlar Klod Debüssinin “Ay işığı”, Robert Şuman və Ferens Listin “İthaf”, Moris Ravelin “Sonatina”, Fredirik Şopenin “Noktürn”, “Polonez”, “Vals”, Vasif Adıgözəlovun “Prelüdiya”, Adil Bəbirovun “Prelüdiya-Skterso” əsərlərinin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xalq artisti Murad Hüseynov Bela Bartokun fortepiano və skripka üçün "Rumın rəqsləri" əsərini skripka ifaçısı-dirijor Cavad Tağızadə ilə birlikdə təqdim edib.

Konsert ən məşhur əsərlərdən parçaların Murad Hüseynovun, Əməkdar artist Sahib Paşazadənin (tarzən), Cavad Tağızadənin (skripka) və Seymur Həsənsoyun (akkordeon) ifası ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi