Yuxarı

Lənkəranda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub - FOTO

Lənkəranda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunub - FOTO
Minlərlə rayon sakini ulu öndərə hörmət və məhəbbətlərini ifadə ediblər
© Report.az

Lənkəran. 10 may. REPORT.AZ/ Lənkəran şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq minlərlə rayon sakini Heydər Əliyevin adını daşıyan Xatirə Parkına gələrək ulu öndərə hörmət və məhəbbətlərini ifadə ediblər.

Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra İcra Aparatının rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri ümummilli liderin abidəsi önünə gül düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ümumxalq ziyarəti başlayıb.

Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə Lənkəranda ağacəkmə aksiyası keçirilib. Aksiyada Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də yerli sakinlər iştirak ediblər. Aksiya zamanı xeyli sayda ağac və gül kolları əkilib.

Həmin gün şəhərin Heydər Əliyev Mərkəzində ulu öndərin ömür yolundan bəhs edən sənədli film nümayiş olunub və Heydər Əliyevin doğum günü münasibətilə Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzində talassemiyalı xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi