Lənkəranda “Dövlət-din münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Lənkəranda “Dövlət-din münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO Tədbirdə məruzə və çıxışlar dinlənilib
Daxili siyasət
25 Avqust , 2016 23:12
Lənkəranda “Dövlət-din münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Bakı. 25 avqust. REPORT.AZ/ Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində “Dövlət-din münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin xətti ilə keçirilən konfransda icra aparatının rəsmiləri, idarə və təşkilatların rəhbərləri, təhsil, mədəni-maarif müəssisələrinin işçiləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Elmi-praktik konfransı giriş sözü Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açıb. O, prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasi kurs sayəsində Azərbaycanın sürətlə inkişaf edib dünyanın ən tolerant, sivil dövlətlərindən birinə çevrildiyini qeyd edib.

Taleh Qaraşov ölkədə dinamik sosial-iqtisadi inkişafla yanaşı qanunçuluğun, insan hüquq və azadlıqlarının da qorunub təmin olunmasının həyat normasına çevrildiyini, azad insan cəmiyyətinin bütün atributlarının bərqərar olduğunu diqqətə çatdırıb. Natiq eyni zamanda multikulturalizmin hökm sürdüyü Azərbaycanda, o cümlədən Lənkəranda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə tam cavab verən şəkildə tənzimləndiyini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir inanclı insanın dini etiqad azadlığının Konstitusiya normaları səviyyəsində təmin olunduğunu xüsusi vurğulayıb.

Konfransda dövlət-din münasibətlərinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun qurulması ilə bağlı məruzələr və çıxışlar dinlənilib, verilən təkliflərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi