Yuxarı

Laosun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Laosun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
aos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit

Bakı. 20 aprel. REPORT.AZ/ Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Zati aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Laos xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram və Zati-alinizə, möhkəm cansağlığı, xoş günlər və ölkənizi tərəqqiyə aparan yolda uğurlarınızın davamlı olmasını arzulayıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan arasında mövcud olan ikitərəfli münasibətlərimiz və əməkdaşlığımız ölkələrimizin mənafeyi naminə, eləcə də davamlı inkişafın təmin olunması məqsədilə sülhə və beynəlxalq əməkdaşlığa nail olmaq üçün bundan sonra da genişlənəcək və möhkəmlənəcək.

Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi