​KXCP-də qurultayla bağlı narazılıq yaranıb

​KXCP-də qurultayla bağlı narazılıq yaranıb "Fraksiyanın iştirakı təmin edilməzsə, qurultay iki dəfə zəif keçiriləcək"
Daxili siyasət
29 Aprel , 2015 14:12
​KXCP-də qurultayla bağlı narazılıq yaranıb

Bakı. 29 aprel. REPORT.AZ/ "Klassik Xalq Cəbhəsi Partiyasının fraksiya üzvü olan rayon şöbələrinə qurultaya hazırlıqla bağlı hər hansı müraciət daxil olmayıb. Bu, bizdə təəssüf doğurur".

Bunu "Report"a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Salyan rayon təşkilatının sədri, partiya daxilində yaradılan "Demokratik birlik" fraksiyasının həmtəsisçisi Ədalət Yusubov deyib.

O bildirib ki, fraksiyanın iştirakı təmin edilməzsə, qurultay iki dəfə zəif keçiriləcək: "Bu da partiyanın rəqiblərinə sərf edəcək. Rəhbərlik vəziyyəti nəzərə alaraq alternativ addımlar atmalıdır. Biz isə prosesi kənardan izləyirik".

Ə.Yusubov qeyd edib ki, fraksiya üzvlərindən partiya sədrliyinə iddialı olanlar var: "Məndə olan məlumata görə, KXCP sədrinin sabiq müavini, farksiya üzvü İsmayıl Yusifov sədrliyə iddialıdır. Onun bu addımına şərait yaradılmalıdır. Düşünürəm ki, rəhbərlik bərabər şərait yaratmaqla partiyanın qurultaydan parçalanmış vəziyyətdə çıxmasının qarşısını alacaq. Əks təqdirdə, fraksiya öz addımlarını atacaq".

KXCP sədrinin müavini Xəzər Teyyublu isə "Report"a açıqlamasında deyilənləri "əsassız" adlandırıb: "KXCP qurultaya hazırlaşır, regionlarda konfranslar keçirilir. Qurultayla bağlı deyilənlər sadəcə nağıldır. Biz öz işlərimizlə məşğuluq. Partiyada demokratik mühit var, hər kəs sərbəst fikir söyləyə bilər. Amma deyilənlər reallığa uyğun olmalıdır".

X.Teyyublu, həmçinin İsmayıl Yusifov adlı şəxsin KXCP üzvü olmadığını da bildirib.

Son xəbərlər

Orphus sistemi