Kürdəmirdə 28 May - Respublika Günü qeyd olunub

Kürdəmirdə 28 May - Respublika Günü qeyd olunub Mayın 27-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində 28 May - Respublika Günü münasibətilə “Şərqin ilk demoktarik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Daxili siyasət
27 May , 2019 18:40
Kürdəmirdə 28 May - Respublika Günü qeyd olunub

Mayın 27-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində 28 May - Respublika Günü münasibətilə “Şərqin ilk demoktarik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda "dəyirmi masa" keçirilib.

"Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.

"Dəyirmi masa" Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Kürdəmir şəhər 6 saylı tam orta məktəbinin şagirdlərinin ifasında “Azərbaycanım” ədəbi-bədii kompozisiya təqdim olunub.

İcra başçısı Ceyhun Cəfərov bildirib ki, 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin – müstəqil Azərbaycan dövlətinin rəsmən yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir: "Cəmi 23 ay yaşamasına baxmayaraq, elm, təhsil, siyasət, dil, ədəbiyyat, səhiyyə, demokratik qanunlar, milli ordu, milli valyuta və.s sahələrdə aparılan islahatlar verilmiş qərarlar və qanunlar qısa zamanda demokratik dövlətimizin, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda varlığını bəlli etdi. Lakin xarici düşmən qüvvələr, xüsusilə rus-bolşevik hökuməti daxili antidemokratik qüvvələrlə, düşmənlərlə əlbir olaraq milli dövlətimizin varlığına son qoydu. Nəhayət, XX əsrin 80-ci illərinin sonlarında sovetlər imperiyasında daxili ziddiyyətlərin baş qaldırması, imperiyanın dayaqlarının çökməsi bir çox xalqlara öz müstəqilliyini qazanmaq, milli dövlətini qurmaq xoşbəxtliyini verdi. Azərbaycan xalqı da demokratik qüvvələrin, siyasi liderlərin rəhbərliyi altında müstəqillik uğrunda mübarizəsini gücləndirdi və bu siyasi müstəqillik uğrunda mübarizə yeni müstəqil Azərbaycan dövlətini yaratmaq zərurətini meydana çıxardı. Bütün təzyiqlərə, qan tökülməsinə baxmayaraq, Azərbaycan öz müstəqilliyini təkrarən bərpa etdi. Bu gün respublikanın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir.

Eyni zamanda həmin gün axşam saatlarında Kürdəmir rayonundakı Qələbə parkında 28 May - Respublika Günü münasibətilə rayon incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.

Son xəbərlər

Orphus sistemi