Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "Qaynar xətt"inə daxil olan müraciətlərin sayı açıqlanıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "Qaynar xətt"inə daxil olan müraciətlərin sayı açıqlanıb Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8 058 müraciətinə baxılıb, həmçinin 310 cinayət xarakterli material araşdırılıb”.
Daxili siyasət
15 Yanvar , 2019 10:19
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaynar xəttinə daxil olan müraciətlərin sayı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ "Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8 058 müraciətinə baxılıb, həmçinin 310 cinayət xarakterli material araşdırılıb”.

"Report" xəbər verir ki, bunu idarə rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, həmin materialların 222-si (71,7%) üzrə cinayət işi başlanıb, 88 (28,3%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 61 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib: “Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə 3854 müraciət daxil olub, həmin müraciətlərin 19-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. Həmçinin, əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.

O qeyd edib ki, Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 25 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 24 cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi