Yuxarı

Korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi məhsullardan başqa məhsullar satanlar cərimələnəcək

Korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi məhsullardan başqa məhsullar satanlar cərimələnəcək
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycanda korporativ bazarlarda kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa məhsullar satanlar cəzalandırılacaq.

"Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, korporativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kənd təsərrüfatı korporativlərinin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər şəxslərin satış etməsinə görə fiziki şəxslər yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi