Yuxarı

Könül Nurullayeva: "Seçicilərimi əl-ələ verib birgə çalışmağa səslədim" - FOTO

Könül Nurullayeva: Seçicilərimi əl-ələ verib birgə çalışmağa səslədim

24 saylı Nizami Birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Könül Nurullayeva yanvarın 23-də Nizami rayonunun Qara Qarayev küçəsi 85, 69, 81, 77 və 79 ünvanlarında yaşayan sakinlərlə görüşüb. 

K.Nurullayeva bununla bağlı “Facebook” hesabında məlumat verib. 

“Bu dəfə görüş açıq havada, Qara Qarayev 85 saylı binanın qarşısında yerləşən oyun meydançasında baş tutdu. Ümumiyyətlə, qışın mülayim keçməsi, yaz təravətli olması işimizə xüsusi ovqat qatır. Vətəndaşlarımızla səmimi söhbətdən belə qərara gəldim ki, bu növbədənkənar parlament seçkilərinə böyük ümid bəsləyirlər. 

Ölkə başçısı Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən son islahatlar onlarda inamı daha da artırıb. Görüşdə seçicilərimi dinlədim, onları maraqlandıran suallara cavab verdim və problemlerin həlli istiqamətində əl-ələ verib birgə çalışmağa səslədim”, - Könül Nurullayeva qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi