Könül Nurullayeva: Bir gənc olaraq insanların mənə ümid işığı kimi baxmasından gözəl missiya ola bilməz - FOTO

Könül Nurullayeva: Bir gənc olaraq insanların mənə ümid işığı kimi baxmasından gözəl missiya ola bilməz - FOTO 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayevanın dairə üzrə yaşayan sakinlər ilə növbəti görüşü baş tutub.
Daxili siyasət
26 Yanvar , 2020 19:49
Könül Nurullayeva: Bir gənc olaraq insanların mənə ümid işığı kimi baxmasından gözəl missiya ola bilməz - FOTO

24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayevanın dairə üzrə yaşayan sakinlər ilə növbəti görüşü baş tutub.

"Report" xəbər verir ki, bu barədə namizəd öz “Facebook” səhifəsi vasitəsilə məlumat yayıb.

O bildirib ki, Şərifli 100, M.Abbasov 23, K. Balakisiyev 61 və Q.Qarayev 68 ünvanlarında yaşayan binanın sakinləri ilə görüşü olub: “Söhbət zamanı hiss etdim ki, insanlarımız parlamentdə yenilik istəyirlər və bu üzdən hər bir yeni sima onlara maraqlı gəlir. Bir gənc olaraq, ağsaqqalların, ağbirçəklərin mənə ümid işığı kimi baxmasından gözəl və şərəfli an, missiya ola bilməz!

Görüş zamanı vətəndaşlarımızın mövcud problemlərini həssaslıqla dinlədim, hər birinin həll olunması üçün əlimdən gələni əsirgəməyəcəyimi qeyd etdim. Və sonda bu istiqamətdə əl-ələ verib fədakarlıqla, əzmlə birgə çalışmağa səslədim”.

Könül Nurullayeva haqqında qısa məlumat

2009-cu ildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.

O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri olub.

K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.

2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanımdır.

2013-cü ildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.

Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin byaradılması haqqında sərəncam imzalayır. Könül Nurullayeva həmin Komitənin Katibi təyin edilir.

2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdman-Gender Bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.

Ailəlidir, 1 övladı var.

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt

Son xəbərlər

Orphus sistemi