Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sayı açıqlanıb

Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sayı açıqlanıb Fərhad Abdullayev: “Həmin qərarlar insan hüquq və azadlıqlarının qorunmasına və pozulmuş hüquqların bərpasına xidmət edir”
Daxili siyasət
11 Noyabr , 2016 13:18
Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sayı açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığı dövrdən bu günə qədər qəbul etdiyi qərarların sayı açıqlanıb.

"Report"un xəbərinə görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, fəaliyyətə başladığı dövrdən bu günə qədər məhkəmənin Plenumu tərəfindən ümumilikdə 336 qərar qəbul edilib.

Bundan başqa, Konstitusiya Məhkəməsi 75 qərardad qəbul edib: "Həmin qərarlar və onlarda formalaşdırılmış hüquqi mövqelər konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına və pozulmuş hüquqların bərpasına xidmət edir".

Qeyd edək ki, Azərbaycan Konstitusiya Məhkəməsi 1998-ci ildə yaradılıb. 

Son xəbərlər

Orphus sistemi