Yuxarı

Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb

Konstitusiya Məhkəməsi vətəndaşın şikayətini icraata götürüb
Şikayətə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 16-na təyin edilmiş iclasında baxılacaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş M.Məmmədovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 16-na təyin edilmiş iclasında baxılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi