Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Daxili siyasət
2 İyul , 2019 12:11
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusunu icraata götürüb

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.9-cu və 91.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 19-na təyin edilmiş iclasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi