Bakı. 9 iyul. REPORT.AZ/ "Etik davranış qaydalarının pozulduğu dövlət qurumlarının siyahısını ümumiləşdiririk. Hansı qurumlar ki, bu faktla bağlı bizə yekun hesabat təqdim edirsə, onları ancaq dəstəkləyirik. Çünki bu onu göstərir ki, həmin qurumlarda etik davranış qaydalarının pozulmasına qarşı iş aparılır”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında
Onun sözlərinə görə, elə dövlət qurumları var ki, il ərzində onlarda etik davranış qaydalarının pozulmadığını iddia edirlər: “Təbii ki, biz buna şübhə ilə yanaşırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etik davranış qaydalarının daha çox pozulmasına gəlincə, buna əsas səbəb dövlət qulluqçularının təxminən 15-20 faizə yaxının orada işləməsidir. Hazırda nazirliyin yeni rəhbərliyi bu işə qarşı ciddi mübarizə aparır”.