Yuxarı

Kərim Kərimovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq

Kərim Kərimovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq
Prezidenti İlham Əliyev görkəmli alim və hərbi xadimin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

"Report"un verdiyi xəbərə görə, sənəddə deyilir ki, 2017-ci ilin noyabr ayında kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illiyi tamam olur. Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərib. 

Kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr vermiş Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alınıb ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə Kərim Kərimovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi