Yuxarı

Kəlbəcərdən olan məcburi köçkünlər seçkilərdə fəal iştirak edir

Kəlbəcərdən olan məcburi köçkünlər seçkilərdə fəal iştirak edir
© Report

Gəncə. 11 aprel. REPORT.AZ/ Gəncə şəhərində yerləşən 123 saylı Kəlbəcər seçki dairəsində 573 yerli müşahidəçi iştirak edir.

"Report"un Qərb bürosunun məlumatına görə, həmin Dairədə 63 məntəqə fəaliyyət göstərir və ümümi seçici sayı 50 min 454 nəfərdir. Onlardan 336 nəfəri ilk dəfə olaraq səs verir. Dairədə 100 yaşdan yuxarı 16 seçici var, onlardan ən yaşlısı 116 yaşlı seçicidir. Dairədən verilən məlumata görə, saat 17:00-a olan məlumata əsasən,  37 min 185 nəfər səs verib və heç bir qanun pozuntusu qeydə alınmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi