Yuxarı

ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ISESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

Bakı. 23 aprel. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Gözəl ölkənizdə əldə etdiyiniz misilsiz nailiyyətlərə görə Sizi təbrik etməkdən şərəf duyur və Qüdrətli Allahdan xalqınızın daha böyük tərəqqi arzularını yerinə yetirmək üçün ali dövləti vəzifənizdə böyük uğurlar diləyirəm.

Zati-aliləri, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi