Azərbaycanda iqtidar və müxalifət arasında keçiriləcək növbəti görüşün tarixi açıqlanıb

Azərbaycanda iqtidar və müxalifət arasında keçiriləcək növbəti görüşün tarixi açıqlanıb Görüşdə Müsavat Partiyasının da iştirak edəcəyi gözlənilir
Daxili siyasət
10 Fevral , 2015 10:21
Azərbaycanda iqtidar və müxalifət arasında keçiriləcək növbəti görüşün tarixi açıqlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan iqtidarı ilə müxalifət partiyaları arasında növbəti görüş fevralın 12-də keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib. S.Cəlaloğlu deyib ki, görüşdə Müsavat Partiyasının da iştirak edəcəyi gözlənilir: "Görüş əvvəlki formatda olacaq".

S.Cəlaloğlu növbəti görüşün Prezident Administrasiyasının təşəbbüsü ilə keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, iqtidarla müxalifət partiyaları arasında ilk görüş 2014-cü il dekabrın 13-də keçirilib. Görüşdə iqtidarı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.

Müxalifət tərəfdən görüşə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev və başqaları qatılıb.

Son xəbərlər

Orphus sistemi