İcra başçısının müavini işdən çıxarılıb

İcra başçısının müavini işdən çıxarılıb Hələlik onun yerinə heç bir təyinat olmayıb
Daxili siyasət
21 Aprel , 2016 15:29
İcra başçısının müavini işdən çıxarılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Tərtər Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub. "Report"un məlumatına görə, üç il əvvəl rayon icra başçısının humanitar məsələlər üzrə müavini təyin edilən Elvin Umudov tutduğu vəzifədən azad edilib.

E.Umudov Tərtər RİH-in İctimai, siyasi və humanitar məsələlər üzrə şöbəsinin dini məsələlər üzrə müdir müavini təyin olunub.

Hələlik onun yerinə heç bir təyinat olmayıb. 

Qeyd edək ki, E.Umudov RİH başçısının müavini vəzifəsinə 2013-cü ildə 28 yaşında təyin edilib. 

Son xəbərlər

Orphus sistemi