Yuxarı

İtaliyalı müşahidəçi: “Seçkilərin dinc, azad və şəffaf keçməsindən razılığımızı ifadə etmək istərdik”

İtaliyalı müşahidəçi: “Seçkilərin dinc, azad və şəffaf keçməsindən razılığımızı ifadə etmək istərdik”

Bakı. 12 aprel. REPORT.AZ/ “İtaliyalı müşahidəçilər olaraq 2018-ci il aprelin 11-də seçkilərin dinc, azad və şəffaf keçməsindən razılığımızı ifadə etmək istərdik”.

“Report” xəbər verir ki, bunu İtaliya müşhaidəçisi Franko Orsi aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı aprelin 12-də keçirdiyi mətbuat konfransında bildirib.

“Seçki günü seçici fəallığı yüksək idi. Səsvermə baş çatdıqdan sonra bizə başqa müşhaidəçilərlə birlikdə səslərin sayılmasına icazə verildi. Səslərin sayılması mütəşəkkil və düzgün həyata keçirildi.

Səsvermə məntəqələrində xeyli sayda yerli müşahidəçi var idi. Onların və beynəlxalq müşahidəçilərin seçki prosesini müşahidə etməsinə heç bir məhdudiyyət qoyulmurdu”, - deyə, Franko Orsi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi