İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub
Daxili siyasət
28 Fevral , 2017 20:09
İslamabadda Azərbaycan və Pakistan prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

*** 19:42

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 28-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynlə təkbətək görüşü olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn arasında səmimi görüş keçirilib. 2015-ci ildə Məmnun Hüseynin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, Pakistan Prezidenti Azərbaycana bu səfərdən xoş təəssüratlarla ayrıldığı bildirilib. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı Azərbaycanla Pakistanın bir-birinin ədalətli mövqeyini dəstəkləməsində qətiyyətli mövqe göstərdikləri vurğulanıb. 

Söhbət zamanı regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri müzakirə olunub. 

Sonra görüş geniş tərkibdə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi