İslahatçı Gənclər Birliyinin sədri: "Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir"

İslahatçı Gənclər Birliyinin sədri: "Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir" "Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib"
Daxili siyasət
2 Fevral , 2017 12:09
İslahatçı Gənclər Birliyinin sədri: Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir

Bakı. 2 fevral. REPORT.AZ/ "Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir". "Report"un məlumatına görə, bunu İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir: "Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla, dövlətin idarəçiliyində yaxından iştirak edirlər".

F.Şahbazlı Azərbaycan gəncliyi daim dövlətçilik maraqlarından çıxış etdiyini, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimada layiq olmağa çalışacağını bildirib: "Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi, gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. Gəncliyimizin inkişafına yönələn bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib". 

Son xəbərlər

Orphus sistemi