Yuxarı

"İrəli" İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçirilib

"İrəli" İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçirdi
© Report/ Elchin Murad

Bakı. 25 dekabr. REPORT.AZ/ "İrəli" İctimai Birliyinin VI Hesabat-Seçki konfransı keçirilib.

“Report”un xəbərinə görə, çıxış edən təşkilat sədri Mirhəsən Seyidov deyib ki, “İrəli” fəaliyyəti dövründə daim ölkənin maraqlarının təmin olunmasını əsas götürüb.

Onun sözlərinə görə, bu müddət ərzində gənclərin doğru, düzgün istiqamətləndirilməsi üçün addımlar atılıb: “Biz həmişə Prezident İlham Əliyevin “Gənclərə dəstək ideologiyası”nı əsas tutmuşuq, bunu özümüzə borc bilmişik. “İrəli” təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da uğurlar əldə edib. Biz fəaliyyətimiz dövründə Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün səylərimizi əsirgəməmişik. Bundan sonra da belə olacaq”.

Sonra təşkilatın heabat məlumatları əks olunan video-çarx nümayiş olunub.

Çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev təşkilatın bu müddət ərzində fəaliyyətini yüksək qiymətlənidirib. O qeyd edib ki, “İrəli” qısa müddətdə böyük işlər görüb: “Bu təşkilat dövlətin gənclər siyasətində özünəməxsus yer tutur. Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Bunun üçün qanunvericilik bazası da təkmilləşdirilib. Prezident İlham Əliyev ölkə gənclərinə daim diqqət və qayğı göstərib. Ölkədə vətənpərvər gənclik yetişib, liderlik qabiliyyəti olan gənclərin sayı artmaqdadır”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında deyib ki, təşkilat qısa müddətdə uğur imza atıb, nailiyyətlər əldə edib. Onun sözlərinə görə, dövlətin siyasətinin prioritet istiqamətlərindən biri də gənclər sahəsidir: “Nazirlik olaraq çalışmışıq ki, gənclərin layihələrinə dəstək verək. Dövlətin gənclərinə sahəsinə bundan sonra da davam edəcək”.

Azərbaycan Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin əməkdaşı İrfan Davudov qeyd edib ki, gənclər yaradılan mütanasib imkanlara nail olmalıdırlar, inkişaf etməlidirlər.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da çıxışında təşkilata fəaliyyətində uğurlar arzulayıb. O bildirib ki, Azərbaycanda gənclər üzərlərinə düşən missiyanı uğurla yerinə yetirirlər.

Sonda səsvermə keçirilib. Mirhəsən Seyidov təşkilatın növbəti dəfə sədri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi