"Vətəndaş vurduğu zərəri ödədiyi halda həbs olunmayacağını bilsə, heç kimə rüşvət təklif etməyəcək" - MƏHKƏMƏ HÜQUQ İSLAHATLARI

"Vətəndaş vurduğu zərəri ödədiyi halda həbs olunmayacağını bilsə, heç kimə rüşvət təklif etməyəcək" - MƏHKƏMƏ HÜQUQ İSLAHATLARI Azərbaycanın davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Prezident İlham Əliyevin 2019-cu il tarixli Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanı da məhz yeni mərhələnin başlaması üçündür.
Daxili siyasət
31 İyul , 2019 14:19
Vətəndaş vurduğu zərəri ödədiyi halda həbs olunmayacağını bilsə, heç kimə rüşvət təklif etməyəcək - MƏHKƏMƏ HÜQUQ İSLAHATLARI

Azərbaycanın davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Prezident İlham Əliyevin 2019-cu il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı da məhz yeni mərhələnin başlaması üçündür.

Həmin fərmanda deyilir ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. Fərmana əsasən, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi üçün müvafiq qurumlara tapşırıq və tövsiyələr verilib. Azərbaycan ictimaiyyəti, xüsusilə də hüquşünaslar məhkəmə-hüquq sistemində aparılan islahatları, o cümlədən bəzi iqtisadi cinayətlərin dekriminalizasiyasını dəstəkləyir.

Milli Məclisin deputatı Rüfət Quliyev “Report”a açıqlamasında deyib ki, bəzi iqtisadi cinayətlərin dekriminalizasiyasının cəmiyyətə müəyyən faydaları var: “Mən konsepsual qaydada bunun tərəfdarıyam”.

Onun sözlərinə görə, iqtisadi cinayətlərin dekriminalizasiyası insanlara daha çox şans vermək məqsədi güdür: “Bu, onların yenidən cəmiyyətdə öz yerini tutmalarına müsbət təsir göstərir. Bütün bunlar cənab Prezidentin humanistliyinin nəticəsidir”.

Deputat hesab edir ki, Azərbaycan inteqrasiya olunduğu dövrdə Avropanın bəzi dəyərlərini də qəbul etməlidir: “Əgər Avropaya inteqrasiya olunuruqsa, Avropa dəyərlərini də qəbul etməliyik və orada tətbiq olunan qanunları, dəyərləri də bu və ya digər formada qəbul etməliyik. Dostluq münasibətində olduğun ölkələrin dəyərlərinə ya hörmətlə yanaşmalısan, ya da dostluq münasibətlərinə son qoymalısan. Təbii ki, Avropada qəbul olunmuş elə dəyərlər var ki, bizim mentalitetimizə zidddir. Burada söhbət əsasən cinsi məsələlərdən gedir. 

 "Avropaya inteqrasiya olunuruqsa, orada tətbiq olunan qanunları, dəyərləri də bu və ya digər formada qəbul etməliyik"

Rüfət Quliyev

Millət vəkili Rüfət Quliyev

Sovet dövründə kriminal sayılan bəzi cinayətləri yumşaq formada qəbul etmişik. Bunu da nəzərə almalıyıq ki, hər bir xalqın özünəməxsus dəyərləri və ənənələri var. Digər tərəfdən isə hər şey inkişaf edir və biz də Avropa ailəsinə üzv olmağı istəyirik”.

Hüquqşünas Əkrəm Həsənov isə “Report”a bildirib ki, bəzi iqtisadi cinayətlərin dekriminalizasiyasının cəmiyyətə bir neçə faydası var: “İqtisadi cinayət törətmiş şəxslər, əsasən, hansısa əmlakı, yaxud da pul vəsaitini mənimsəyən şəxslərdir. Onlar mənimsəməklə iqtisadi zərər vururlar. Prinsipcə bu şəxslər zərəri ödəyir və əlavə olaraq tətbiq edilən cəriməni ödəyirlərsə, onların azadlıqdan məhrum edilməsinə ehtiyac yoxdur. 

"İqtisadi cinayət törədənlər zərəri və tətbiq edilən cəriməni ödəyirlərsə, onların azadlıqdan məhrum edilməsinə ehtiyac yoxdur"

Əkrəm Həsənov

iqtisadçı-ekspert

Amma onlar iqtisadi zərəri ödəmədikləri halda prosesin məcrası dəyişir. İqtisadi zərəri ödəməyən şəxs düşünür ki, onsuz da həbs olunacaq. Ona görə də vurduğu zərəri ödəmir və mənimsədiyi pulun bir hissəsi ilə Cəzaçəkmə Müəssisəsində "xan kimi" yaşayır. Yəni, özünə orada yüksək şəraitli kamera düzəltdirir. Bir neçə ildən sonra isə həbs müddətini başa vurub çıxır. Bu məsələdə uduzan tərəf cəmiyyətdir. Ona görə də iqtisadi cinayətlərin dekriminalizasiyasının cəmiyyətə faydaları çoxdur və bunu müsbət dəyərləndirirəm. Hesab edirəm ki, bu faydaların sayının artırılması üçün bu istiqamətdə görülən tədbirləri genişləndirmək lazımdır. Çünki vətəndaş vurduğu zərəri ödədiyi halda həbs olunmayacağını bilsə, heç bir məmura, polisə rüşvət verməyəcək, rüşvət təklif etməyəcək. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ən geniş yayılmış cinayət dələduzluq və oğurluqdur. İndi dələduzluq üzrə maddələrdə nəzərdə tutulub ki, bir şəxs vurduğu zərəri ödəyirsə, məsuliyyətdən azad olunur”.

Son xəbərlər

Orphus sistemi