İqtidar-müxalifət görüşündə müzakirə olunan məsələlərin detalları açıqlanıb

İqtidar-müxalifət görüşündə müzakirə olunan məsələlərin detalları açıqlanıb "Biz bu görüşün nəticəsini gözləyəcəyik"
Daxili siyasət
13 Dekabr , 2014 14:06
İqtidar-müxalifət görüşündə müzakirə olunan məsələlərin detalları açıqlanıb

Bakı. 13 dekabr. REPORT.AZ/ “Görüşdə siyasi məhbus, proporsional seçki sistemi, partiyaların maliyyələşdirilməsi məsələləri müzakirə olundu. Qeyd olundu ki, bu cür görüşlər davamlı olsun. Biz bu görüşün nəticəsini gözləyəcəyik. Bu görüşün nəticəsindən asılı olaraq, məsələləri qiymətləndirəcəyik”.

“Report”un məlumatına görə, bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu gün bir qrup müxalifyönlü siyasi partiya sədrlərinin Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, həmin şöbənin müdir müavini Tahir Süleymanov və sektor müdiri Elman Paşayevlə görüşündən danışarkən deyib.

O, görüşün bütün məsələlərə müsbət təsiri olacağını qeyd edib: “Hər halda, zamanla hər şey müəyyən olunacaq. Növbəti görüşlə bağlı indidən nəsə demək tezdir. Bu, hazırkı görüşdə səsləndirilən təkliflərin reallaşmasından asılı olacaq”.

Qeyd edək ki, görüşdə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi