İnzibati Xətalar Məcəlləsində dəyişikliklər təsdiq edilib

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər təsdiq edilib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
5 İyun , 2015 20:17
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər təsdiq edilib

Bakı. 5 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1267-IVQD nömrəli qanununun tətbiqi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi