Yuxarı

Ədliyyə Akademiyası BMqT ilə birgə insan alveri ilə mübarizə üzrə beynəlxalq seminar keçirəcək

İnsan alveri ilə mübarizə üzrə beynəlxalq seminar keçiriləcək

Ədliyyə Akademiyası tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə insan alveri ilə mübarizə üzrə beynəlxalq seminar keçiriləcək.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialın artırılması” (ENCT) layihəsi çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə aprelin 3-4-də "Cinayət istintaq orqanlarının insan alveri ilə mübarizə sahəsində rolu" mövzusunda beynəlxalq seminar keçiriləcək.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan hökümətinin insan alverinə qarşı mübarizəsinin və insan alveri qurbanlarının müdafiəsinin daha effektiv aparılması üzrə potensialın, habelə layihəyə cəlb olunacaq hakimlərin, vəkillərin və digər təlimçilərin insan alveri ilə mubarizə sahəsində bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Seminarda bir sıra xarici ölkələrin və beynəlxalq qurumların təmsilçiləri, hakimlər, prokurorlar, vəkillər, Ədliyyə və Daxili işlər nazirliklərinin əməkdaşları iştirak edəcək.

Tədbirdə beynəlxalq, regional və yerli səviyyədə insan alveri ilə mübarizə sahəsində əməkdaşlıq, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi və tətbiqi məsələləri müzakirə olunacaq.

İnsan alveri ilə mübarizənin müxtəlif aspektlərinə dair Türkiyə, Almaniya, Bolqarıstan, Rumıniya, İsveçrə, Ukrayna, Moldova, Belorusiya, İnterpolun və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin təqdimatları dinləniləcək, fikir və təcrübə mübadiləsi aparılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi