İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıb - FOTO

İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıb - FOTO Nida Vətəndaş Hərəkatının üzvləri İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıb.
Daxili siyasət
17 Mart , 2019 12:45
İlkin Rüstəmzadə və Bayram Məmmədov azadlığa buraxılıb - FOTO
Report/Firi Salim

Nida Vətəndaş Hərəkatının üzvləri İlkin RüstəmzadəBayram Məmmədov azadlığa buraxılıb.

"Report" xəbər verir ki, onlar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunublar. 

Hər iki şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb və onlara arayışları təqdim olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.

Xatırladaq ki, İ.Rüstəmzadə 2013-cü ilin mayında həbs olunmuş və 2014-cü il mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. B.Məmmədov isə 2016-cı il mayın 10-da həbs olunmuş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 10 il azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər

Orphus sistemi