Bakı. 24 dekabr. REPORT.AZ/ Dekabrın 24-də
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin on beş illik fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini -icra katibi
“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018” filminin ssenari müəlliflərindən və eyniadlı kitabın tərtibçi müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında qeyd edib ki, 15 illik uğurların əsasında Prezident İlham Əliyevin Ümummilli Liderin kursuna sədaqətli obrazı dayanır. Ümummilli Liderin kursuna sədaqətlə xidmət etmək, onu qətiyyətlə həyata keçirmək bu uğurların başlıca təməlidir. Prezident İlham Əliyev dünya okeanına çıxışı olmayan Azərbaycanı dünyanın nəqliyyat, logistika mərkəzinə çevirib. Dövlətimizin başçısı dünya liderləri sırasında qlobal düşüncəsi, beynəlxalq aləmdə baş verən hadisələrə sistemli yanaşması, qətiyyəti, prinsipiallığı, insanpərvərliyi, humanistliyi ilə seçilir. Bütün bu keyfiyyətlər Azərbaycanın hər bir sahədə yüksək inkişafını təmin edir.
Əli Həsənov filmin və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Filmin ssenari müəllifləri Əli Həsənov və Arif Alışanovdur. Kitabın buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik
“İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2015” kitabı bu tarixi və olduqca zəngin bir dövrə işıq salır. Nəşrin əsas məziyyətlərindən biri minimum sözlə maksimum məna ifadə etməsi, sanballı fikir yükü daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar üçün mövzu ola biləcək çoxşaxəli fəaliyyəti nəşrdə yığcam, eyni zamanda, dolğun əksini tapıb. Dərin ümumiləşdirmə və təhlil, elmi-praktik yanaşma nəticəsində Prezident İlham Əliyevin 15 illik titanik dövlətçilik fəaliyyətinin diqqətçəkən salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün dolğun mənzərəsi yaradılıb.