Yuxarı

İlham Əliyev Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

İlham Əliyev Şamaxıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Bakı. 25 avqust. REPORT.AZ/ Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib.

“Report” xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.

Məlumat verilib ki, ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri aparılıb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi